İraqda İran konsulluğuna hücum: ölənlər var

Hadisə
17:20 / 04.11.2019
1980
İraqda davam edən kütləvi etiraz aksiyaları zamanı Kərbəla şəhərində İran konsulluğuna hücum baş olub.
Sfera.az trend-ə istinadən xəbər verir ki, hücumun qarşısı alınarkən 5 nəfər həlak olub.
Çoxlu sayda yaralıların olduğu deyilir. Qeyd olunur ki, etirazçılar konsulluğun qapısını yandırıb, bundan sonra diplomatik missiyanın mühafizə xidməti ilə toqquşma başlayıb.
Bəzi şahidlər konsulluq binasına İran bayrağının İraq bayrağı ilə dəyişdirildiyini bildirib.