Rusiyada məsciddə yanğın - Xəsarət alanlar barədə ilkin açıqlama

Rusiyada məsciddə yanğın - Xəsarət alanlar barədə ilkin açıqlama

Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufada məsciddə yanğın baş verib.

Sfera.az trend-ə istinadən xəbər verir ki, yanğın 15 kvadrat metr ərazini əhatə edib.

Yanğının qarşısını qısa zamanda almaq mümkün olub. Yanğının söndürülməsində 20-dən çox yanğınsöndürən iştirak edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR