Bəşər Əsəd: “Tramp ABŞ-ın ən yaxşı prezidentidir”

Bəşər Əsəd: “Tramp ABŞ-ın ən yaxşı prezidentidir”

"Qəribə səslənə bilər, lakin düşünürəm ki, Donald Tramp ABŞ-ın ən yaxşı prezidentidir. Bu, Trampın şəffaf siyasət yürütməsi ilə bağlıdır"

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bütün ABŞ prezidentləri hər cür siyasi vəhşilik və cinayətlər törədiblər. 

Suriya Prezidentinin sözlərinə görə, ABŞ prezidentləri Nobel mükafatı qazanırlar, özlərini insan haqları, nəcib və misilsiz Amerika dəyərlərinin müdafiəçisi kimi təqdim edirlər.

 

"Reallıq isə budur ki, onlar Amerika lobbisinin, yəni böyük neft və silah şirkətlərinin maraqlarını təmsil edirlər. Tramp isə açıq şəkildə deyir ki, istədiyimiz neftdir. İkinci Dünya müharibəsindən bəri Amerika siyasətinin reallığı budur. Şəffaf siyasət yürüdən rəqibdən başqa bizə daha nə lazımdır? Fərq yalnız bu formadadır, reallıq isə eynidir", - deyə B. Əsəd vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...