Cinsiyyətini dəyişdirən Selin evləndi, toya Azərbaycandan da gedən oldu - Foto

Dünya
12:30 / 29.10.2019
2413
Cinsiyyətini dəyişdirərək qadın olan Selin Cigerci futbolçu Gökhan Çıra ilə ailə həyatı qurub.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyda kövrələn Selin bu anı illərdir gözlədiyini söyləyib. O yalnız xoşbəxt olmaq istədiyini deyib.
Cütlüyün toy məclisində türkiyəli ulduzlarla bərabər azərbaycanlı şou nümayəndələrindən də qatılan olub. Belə ki, tanınmış stilist Anar Ağakişiyev də məclisin iştirakçısı olub. O, toydan fotoları sosial şəbəkədə paylaşıb.
Gəlini A. Ağakişiyev bəzəyib. Stilist həmçinin toy hədiyyəsi olaraq ona qızıl da bağışayıb.
Cütlüyün nikah şahidi müğənni Demet Akalın olub. (yeni sabah)