"Saatda 6 kilometr sürətlə qaçıram" — Ağacan Abiyev

Deputat Ağacan Abiyev həmkarı Arif Rəhimzadənin "50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?" açıqlamasına münasibət bildirib.
 

Abiyev "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, fiziki hazırlığın yaşla əlaqəsi  yoxdur:

"Fiziki hazırlığın yaşla məncə, əlaqəsi yoxdur, bir növ adət etməkdən asılıdır. Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. Ayda bir dəfə qaçmaq, üzmək adama xeyir verməz. 

Mən özüm hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram. Sonra 20 dəqiqə qaçıram, ondan sonra 10 dəqiqə gəzişirəm, axırda duş qəbul edib, oluram cavan oğlan.
Əməkdaşımızın "Sizcə deputatlarımızın arasında sizdən, Arif müəllimdən başqa idmanla məşğul olan var?”,-sualına Ağacan Abiyev  "Bu barədə dəqiq məlumatım yoxdur" deyərək cavab verib.

Qeyd edək ki, A.Rəhimzadə musavat.com-a müsahibəsində bildirib ki, yenidən deputat olmaq üçün bütün göstəricilərə sahibdir:

50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram.  Dənizdə də üzürəm, amma arabir.  Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam. Odur ki, 2020-ci ilə kimi belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcəyəm". 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezident Xocalıda bu ailənin qonağı oldu – FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tan...

HƏMAS və İsrail razılaşdı: Qəzzada atəşkəs olacaq

HƏMAS və İsrail Qəzza zolağında yerləşən qüvvələrin geri çəkilməsi ilə bağlı ilkin razılığa gəliblər.    Sfera.az “El-Watan News” nə...

Bu ilin 6 ayında korrupsiyaya görə 10 şəxs cinayət başında yaxalanıb

Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb.   Sfera.az xəbər verir...

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası keçirildi və bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Səlahiyyəti...

Saatlıda yeniyetmə Araz çayında boğuldu

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında ...

Bakının mərkəzində avtomobil yandı - Sürücü yanğını özü söndürdü - VİDEO

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.     Sfera.az xəbər verir ki, Hadisə şahidlərinin Milli.Az-a verdiyi m...