Şadlıq saraylarına XƏBƏRDARLIQ - Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir - VİDEO

Şadlıq saraylarına XƏBƏRDARLIQ - Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir - VİDEO

Gələn ildən etibarən şadlıq sarayında çalışan hər işçinin - musiqiçinin, rəqqasın, fotoqrafın, hər bir kəsin vergi sənədi olmalıdır. Əgər hər hansı bir şadlıq sarayında hər hansı bir işçinin bu sənədi olmadan çalışdığı müəyyən olunarsa, bu zaman məsuliyyəti həmin şadlıq sarayının rəhbərliyi daşıyır və buna görə o, cərimə oluna bilər.

Sfera.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Şadlıq sarayında çalışan işçilər fəaliyyətə başlayanadək sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etməlidir.

Vüqar Bayramov - İqtisadçı: "Şadlıq sarayları xidmət göstərən zaman öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra sadələşmiş vergi üzrə qəbzə malik olmalıdır. Əvvəlki dövrlərdə, sadəcə, qeydiyyatdan keçməklə, yəni VÖEN-ə sahib olmaqla artıq xidmət göstərmək mümkün idi. Daha sonra isə xidmətə görə dövriyyə elan olunurdu və dövriyyə elan olunduqdan sonra vergi hesablanırdı".

Ekspertlərin sözlərinə görə, yeni qaydanın tətbiqi bəzi şəxslərin vergidən yayınmasının qarşısını alacaq.

Vüqar Bayramov - İqtisadçı: "Sözügedən sahədə vergi dövriyyəsi kifayət qədər böyükdür. Amma həmin dövriyyənin vergiyə cəlb edilməsi ilə bağlı çətinliklər vardı. Yalnız o şəxslər sözügedən xidmətləri göstərə biləcək ki, onların məhz həmin qəbzi olsun. Sənədi olsun".

Samir Qasımov - Vəkil: "Bu vaxta qədər bu ümumi qaydada gedirdi. Ya əmək müqaviləsi əsasında həmin adamlar işçi kimi işə götürülməli idi, əmək haqqından vergi tutulub, ödənilməli idi, ya da ki həmin şəxslər VÖEN almalı idilər, hər ay sadələşmiş vergi ödəməli idilər. Bu təcrübə də dəqiq işləmirdi. Yəni bunun dəqiq mexanizmi yox idi".

Sözügedən işçiləri qəbz əldə edilmədən işlədən sahibkara hər bir işçiyə görə 1-ci dəfə 2000 manat, 2-ci dəfə 4000 manat, 3 və ya daha çox olduğu halda 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Vahid Əhmədov - Milli Məclisin deputatı: "İstənilən müğənni olsun, digər sənət sahibləri olsun, əgər onlar Azərbaycan vətəndaşıdırsa, bu ərazidə çalışırsa, müəyyən gəlir əldə edirsə, o gəlirdən vergi verməlidir. Dəyişkilik elədik Vergi Məcəlləsində ki, hər bir sənətkar vergi ödəyicisi olsun, yəni bu, tamamilə qanunauyğundur".

Qanun layihəsi Milli Məclisin noyabrda keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.(milli.az)

 

OXŞAR XƏBƏRLƏR

HƏMAS və İsrail razılaşdı: Qəzzada atəşkəs olacaq

HƏMAS və İsrail Qəzza zolağında yerləşən qüvvələrin geri çəkilməsi ilə bağlı ilkin razılığa gəliblər.    Sfera.az “El-Watan News” nə...

Bu ilin 6 ayında korrupsiyaya görə 10 şəxs cinayət başında yaxalanıb

Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb.   Sfera.az xəbər verir...

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası keçirildi və bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Səlahiyyəti...

Saatlıda yeniyetmə Araz çayında boğuldu

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında ...

Bakının mərkəzində avtomobil yandı - Sürücü yanğını özü söndürdü - VİDEO

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.     Sfera.az xəbər verir ki, Hadisə şahidlərinin Milli.Az-a verdiyi m...

Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.   Sfera.az xəbər verir ki, tend...