Gəncədə ilk velosiped yürüşü sakinlərin kütləvi iştirakı ilə yadda qaldı - FOTO

Gəncədə ilk velosiped yürüşü sakinlərin kütləvi iştirakı ilə yadda qaldı - FOTO

Oktyabrın 27-də Gəncə şəhərində velosiped yürüşü keçirilib. "Regional İnkişaf" İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri" layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

Sfera.az trend-ə istinadən xəbər verir ki, veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib.

Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.

Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrdən olan məktəblilərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyə edilib.

Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan olunub. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

 

OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində avtomobil yandı - Sürücü yanğını özü söndürdü - VİDEO

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.     Sfera.az xəbər verir ki, Hadisə şahidlərinin Milli.Az-a verdiyi m...

Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.   Sfera.az xəbər verir ki, tend...

Bakının bu ərazisi PLANA düşdü - Söküntü işlərinə başlanılır

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin söküntüsü işləri aparılacaq.   Sfera.az  iqtisadiyyat.az-a istinadən xəbər ver...

“Alfa kişi” müsəlman ölkəyə elçi göndərildi - Əhali ayağa qalxdı

ABŞ Prezidenti Donald Trampın Malayziyaya səfir təyin etmək istədiyi Nik Adams ölkədə kütləvi etirazlara səbəb olub. İslam əleyhinə açıqlamaları ilə tanınan Ada...

Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, bu istehsal müəssisəsi rayonun D...

Trampın ultimatumu bu məhsulları bahalaşdıracaq - CNN

ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi ultimatumun bir hissəsi kimi nəzərdə tutulan sanksiyalar qlobal neft bazarına ciddi təsir göstərib.  &nbs...