ABŞ-da maral onun ovuna çıxan ovçunu öldürüb

ABŞ-da maral onun ovuna çıxan ovçunu öldürüb

ABŞ-ın Arkanzas ştatında ovçu ov zamanı vurduğu maralın hücumu nəticəsində ölüb.

Sfera.az APA-ya istinadən  xəbər verir ki, bu "iHeartRadio” portalı yerli rəsmilərə istinadən məlumat yayıb. Hadisə Yelvill şəhəri yaxınlığında baş verib.

"Mən 20 ildir ki, ovçuluq və balıqçılıq üzrə ştat komissiyasında işləyirəm və bu, təcrübəmdə gördüyüm ən qəribə hadisələrdən biridir”, - deyə komissiyanın sözçüsü Keyt Stivens bildirib.

 

Stivensin dediyinə görə, 66 yaşlı Tomas Aleksandr ov tüfəngi ilə erkək bir maralı vurub. Ovçu heyvanın yanına yaxınlaşaraq onun ölüb-ölmədiyini yoxlamaq istədikdə, maral ona hücum edib və Aleksandr ciddi xəsarətlər alıb. Yaralı kişi yaxınlarına zəng vurmağı bacarıb və onlar da öz növbəsində xilasedicilərlə əlaqə saxlayıblar. ANcaq xəstəxanaya aparılarkən orada keçinib.

Ovçuluq və balıqçılıq komissiyasının rəyinə görə, T.Aleksandrın hücum nəticəsində aldığı yaralardan ölüb-ölmədiyi dəqiq bilinmir. Ştat komissiyasının tövsiyələrində bildirilir ki, "öldürülmüş” marallara yaxınlaşmazdan əvvəl ovçular onun təxminən 30 dəqiqə hərəkətsiz olduğundan əmin olmalıdırlar. Aleksandrın bu tövsiyələrə əməl edib-etmədiyi isə məlum deyil.


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...