Röya oğluna qeyri-adi ad günü keçirdi – Fotolar+ Video

12:45 / 26.10.2019
3591
Bir neçə gün öncə Xalq Artisti adını alan Röya Ayxan dəbdəbəli məclis keçirib.
Sfera.az ueni sabah-a istinadla xəbər verir ki, müğənni həm fəxri ad almasını həm də oğlu Hüseynin ad gününü qeyd edib.
Şəhər restoranlarından birində baş tutan məclisin dekoru da qeyri-adi olub. Belə ki, Röya restoranı futbolçuların maketləri, futbol topları və kuboklarla bəzədib.
Gecənin qonaqları arasında şou-biznes nümayəndələri də yer alıb. Məclisin aparıcılığını Murad Dadaşov və Nəsib Nur edib.