Daşkəsəndə qadın azyaşlı övladlarına bıçaqla xəsarət yetirib

Hadisə
10:40 / 26.10.2019
1964
Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.
Sfera.az-ın APAQ-ya istinadla məlumatına görə, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.
Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.