İraqda itkin düşən azərbaycanlı zəvvarın öldüyü məlum oldu

İraqda itkin düşən azərbaycanlı zəvvarın öldüyü məlum oldu
"Ərbəin" günü (qırxıncı gün) Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlunun ölməsi dəqiqləşib. 

Bu barədə BAKU.WS-ə mərhumun qardaşı Şakir Yusifov məlumat verib. 

Onun sözlərinə görə, qardaşı Yusifov Davər ürək tutmasından İraqda dünyasını dəyişib.

Qeyd edək ki, İmişli rayon Buludlu-Boşcallar kəndinin sakini olan D.Yusifov zəvvarlarla birgə Kərbəla şəhərinə getsə də, 20 oktyabr tarixində qəfil yoxa çıxıb. 

Hadisəyə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də rəsmi münasibət bildirilib. Qeyd olunur ki, Yusifov Davər Qəfər oğlu rəsmi təyinatı olan din xadimi olmayıb, itkin düşən zəvvarın axtarılmasından ötrü İraq hüquq-mühafizə orqanlarına da müraciət edilib.
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...