“Otto”da olay: Turist soyuldu

Hadisə
15:09 / 25.10.2019
2344
Bakının məşhur klubunda turistin pulu oğurlanıb.
Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu, "Tarqovı”da yerləşən məşhur "Otto” gecə klubunda baş verib.
Pakistan vətəndaşı, 1980-ci il təvəllüdlü Hammed Er Rehman Faisal və dostu, həmyerlisi Kamran Xanla "Otto” klubunda əylənərkən oğurluğa məruz qaldıqlarını bildirib. O, şikayətində qeyd edib ki, Kamran Xanın 870 manat pulu, eynəyi və mobil telefonu oğurlanıb.
Araşdırma aparılır. (Unikal.org)