Sabahın hava proqnozu

Sabahın hava proqnozu
 

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında  gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 26-da  hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-24, dağlarda gecə 4-9, gündüz 12-16 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 26-27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metetoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


OXŞAR XƏBƏRLƏR

Rusiyada WhatsApp BAĞLANIR? – Peskovdan XƏBƏRDARLIQ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, WhatsApp messenceri Rusiyanın qanunlarına əməl etməyə borcludur. Sfera.az xarici KİV-ə ist...

Azərbaycan MDB-nin iclasından imtina etdi

Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə məluma...

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunur

İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.   Sfera.az bu barədə AYNA-ya istinadən xəbər verir. ...

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə t...

Azərbaycanlı riyaziyyat müəllimi Ümrə ziyarətində qəfil vəfat etdi

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.   Sfera.az sumqayit24.az-a istinadən xəbər verir...

Şimali Koreyadan xarici turistlərə qadağa - Bu binaya giriş mümkün olmayacaq

Şimali Koreya, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səfərindən bir neçə gün sonra yeni istifadəyə verilən “Wonsan-Kalma” turizm kompleksinə xa...