Bakıda qadın estetik əməliyyat zamanı ölüb

Hadisə
11:20 / 25.10.2019
1960
Bakıda klinikada ölüm hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, olay Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında qeydə alınıb.
Həmin klinikada estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.