Binəqədidə ölümlə nəticələnən yol qəzası olub

Hadisə
17:05 / 24.10.2019
4928
Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi "DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi "Saipa” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.