\"Saturnun peykinin dərinliyində böyük okean var\" - NASA

\

Saturnun "Enselad peyki"nin yaşı həyatın yaranışı ilə ideal uyğundur. Səthi buzla örtülmüş Saturnun "Enselad peyki"nin dərinliyində böyük okean gizlənir.

Sfera.az xəbər verir ki, NASA–nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində, Mark Nevyenin (Mark Neveu) rəhbərliyi altında təqdqiqatçılar qrupunun məlumatına əsasən, bu okeanın yaşı təqribən bir millyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta ideal uyğun gəlir.

Nevye və onun əməkdaşları tərtib etdikləri kompüter modelləşməsi vasitəsilə 13 il ərzində Saturn ətrafında orbitdə olan NASA-nın "Cassini" kosmik apparatının köməyi ilə toplanmış məlumat əsasında Enselad (şəkil 1) peykinin yaşını hesablayıblar.

"Cassini" aparatıının köməyi ilə edilmiş böyük kəşflərdən biri Enseladda hidrotermal mənbələrə malik okeanın kəşf olunmasıdır.

Enseladda tapılan okeanın yaşı orada həyatın mövcudluğu üçün böyük əhəmiyyətə malikdir. Mürəkkəb bioloji molekullar nisbətən sadə komponentlərdən kimyəvi reaksiyaların gedişində əmələ gəlir.

Lakin istənilən kimyəvi çev­ril­mə üçün müəyyən zaman müd­dəti tələb olunur. Əgər En­selad peyki çox cavan olarsa, həyatın yaranmasına gətirən reaksiyaların gedişi üçün tələb olunan zaman həqiqətən kifa­yət etməzdi. Müəlliflər izah edir ki, əksinə, Saturnun peykindəki okeanın yaşı həddindən böyükdürsə, onda bütün reaksiyalar tarazlıq halına çata bilməz və bu halda həyatın mövcudluğu yenə qeyri mümkün olardı.


OXŞAR XƏBƏRLƏR

Sabirabadda yeniyetmələr arasında dava: Bıçaqlanan var

Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb.   Sfera.az xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi k...

Yağışla bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.   “Qafqazinfo” xəbər verir ki, bunu...

Aktauda AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub.   Sfe...

İranda neft emalı zavodunda yanğın oldu

İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.   Sfera.az xəbər verir ki, məlum...

13 yaşlı Məhəmmədəli futbolçu imiş - VİDEO

Məlum olduğu kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların arasında 13 yaşlı Məhəmmədəli Eqanov da var....

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradılıb - FOTOLAR

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həy...