Ölkənin ən varlı xanımı məlum oldu
11:30 / 24.10.2019
2839
"Forbes" jurnalı Rusiyanın ən zəngin xanımlarının reytinqini açıqlayıb.
Sfera.az xəbər verir ki, Rusiyanın ən zəngin qadını Yelena Baturina seçilib.
Moskva meri Yuri Lujkovun keçmiş arvadının əmlakı 1,2 milyard dollar həcmində hesablanıb.
İkinci yerdə Rusiyanın böyük internet mağazası "Wildberries"in rəhbəri Tatyana Bakalçuk qərarlaşıb.
İlk dəfə reytinqə daxil olan Tatyana Kovalçuk isə 600 milyon dollar dəyərində var-dövləti ilə üçüncü yerdə qərarlaşıb. O, "Rusiya" bankının əsas səhmdarlarından birinin həyat yoldaşıdır.
Beşliyə milyarder Dmitriy Rıbolovun keçmiş arvadı Yelena Rıbolova və "Proqres" şirkətinin səhmdarı Olqa Belyatseva daxil olub.