"3 dəfə dayanmadan üzümə sillə vurdu"- Zümrüd Qasımova

Maqazin
00:16 / 23.10.2019
837
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi aktrisa Zümrüd Qasımova olub.
Sfera.az AZXEBER.COM -a istinadən xəbər verir ki, aktrisa illər öncə başına gələn xoşagəlməz hadisədən danışıb:
"İllər öncə bir aktrisa ilə seriala çəkilirdik. Adını çəkməyəcəyəm. O zaman mənim 22 yaşım var idi. O xanımın da hal-hazırda kifayət qədər yaşı var. Həmin xanım mənə sillə vurmalı idi. Sillə vurmağın texnikası var. Bu xanım 3 dəfə üzümə möhkəm sillə vurdu. Ona dedim ki, heyfinizi çıxırsınız məndən? Ayıb olsun sizə. Kim mənə nə edir, nə arzulayırsa onun min qatını ona diləyirəm".
|
]