Qurban Qurbanov: APOEL-lə üçüncü dəfə qarşılaşmağın üstün və mənfi cəhətləri var

Qurban Qurbanov: APOEL-lə üçüncü dəfə qarşılaşmağın üstün və mənfi cəhətləri var

Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kiprin APOEL klubunu qəbul edəcək "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.

– Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək.

 

– Zədəlilər sabahkı oyuna hazırdır?

– Mahir Emreli komanda ilə məşq edir. Xayme Romero da həmçinin... Sabaha kimi vaxtımız var. Qəti qərarı səhər məşqindən sonra verəcəyik. "18-lik”də olma ehtimalları çoxdur.

– Araz Abdullayevin adı iştirak ərizəsində olacaq (sosial şəbəkədə maşını ilə yenidən gündəmə gəldiyi üçün bu sual verilib)?

– Araz "18-lik”də olacaq.

– Üç ay əvvəlki APOEL-lə indiki arasında çox fərq var?

– Onda yeni baş məşqçi gəlmişdi. Üstün cəhətləri bu idi ki, komanda həddən artıq istəkli idi. Bundan narahat idik, həm də oyun üslublarını dəqiq bilmirdik. Bunu da hardasa təxmin etmişdik, ancaq asan olmamışdı. İndi baş məşqçinin dediklərini tam anlayırlar. Düşünürəm ki, indi daha təcrübəlidirlər. Hər bir çətinliyə hazır olmağa çalışırıq.

– Bu oyunun əhəmiyyəti bəllidir. Sabahkı matç "Qarabağ”ın qrupdan çıxmaq şansı baxımından neçə faiz həlledici ola bilər?

– Faizlə demək istəməzdim. Əvvəlki turda olan nəticələri gördünüz. APOEL-in evdə "Düdelanj”a uduzmasını, bəlkə də, heç kim gözləmirdi. Bu oyuna görə fikir bildirmək olmaz. Böyük ehtimalla, qrupun taleyini son oyun həll edəcək. Son tura kimi mübarizə gedəcək. Hər üç komandanın hazırda qrupdan çıxmaq ehtimalı var. İndi nəsə demək düzgün olmaz.

– Psixoloji cəhətdən eyni komanda ilə üçüncü dəfə qarşılaşmaq nə dərəcədə çətindir?

– Üstün cəhətləri var. Amma mənfi tərəfləri də. Hər iki komanda üçün heç də asan olmayacaq. Hər iki tərəf bir-birini yaxından tanıyır. Düşünürəm ki, biz bu oyunda həddən artıq istəkli olmalıyıq. Bizim üstün cəhətimiz bu olmalıdır.

Oyun üslubumuz var və bunu artırmağa çalışırıq. Bunun üzərinə istəyimizi də gəlməliyik. Bizim çempionatda da eyni komandaya qarşı dörd dəfə oynayırıq. Bunlar bizdən asılı olmayan amillərdir. Məcburuq ki, bu komandaya daha ciddi yanaşaq.

Mətbuat konfransına qatılan Qara Qarayev isə bunları deyib: "Komanda olaraq yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdur. Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdır.

Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, öz meydanımızda azarkeşlərimizi sevindirək. APOEL-lə aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər. 

İdmançı kimi siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdir, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə qıcıqlanmağa dəyməz. Kiməsə sübut edəcək nəyimizsə yoxdur. "Qarabağ”ın avrokubok oyununa əski parçasını gətirib nəyəsə iddia etməyin özü gülüncdür.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...