İranın Rusiyadakı səfirinin qızı intihar etdi

Hadisə
18:30 / 22.10.2019
2988
İranın Rusiyadakı səfirinin qızı intihar edib.
28 yaşlı Arefeh Sənainin cəsədi evinin yaxınlığından tapılıb.
Məlum olub ki, o, özünü evinin pəncərəsindən atıb.
Gənc qızın İranda mütəmadi psixoloq-həkim tərəfindən müayinə olunduğu və antidepresant dərmanlar qəbul etdiyi bildirilir.
Qeyd olunub ki, onun valideynləri ilə arasında heç bir münaqişə olmayıb. (oxu.az)