Qonşu ölkədə zəlzələ olub

Hadisə
17:00 / 21.10.2019
1844
İranın Hörmüzqan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu gün günorta saatlarında baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Hörmüzqan əyalətinin Kohxrəd bölgələrində qeydə alınıb.
Hələlik itki və ya dağıntılar barədə məlumat verilməyib. (APA)