Paytaxtda partlayış baş verib - yaralılar var

10:20 / 19.10.2019
1653
Gürcüstanın paytaxtı Tbilisidə, David Guramişvili prospektindəki yaşayış binasında güclü partlayış olub.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidmətindən məlumat verilib.
Olay nəticəsində dörd nəfərin yaralandığı bildirilib.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.