Bakıda tramvay istifadəyə verilir? - “1-2 ilə Bulvardan Əhmədliyə qədər...”

Bakıda tramvay istifadəyə verilir? - “1-2 ilə Bulvardan Əhmədliyə qədər...”
 

Son günlər Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir.

Bu barədə Sfera.az-a  danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda tramvay xətlərinin çəkilməsi tıxacların yüngülləşməsinə səbəb olacaq:

"Elektrik avtobuslarının quraşdırılması uzun prosesdir. Dünya təcrübəsində var, amma çox baha başa gəlir. Lakin tramvay və trolleybusları tətbiq etmək olar. Çox təəssüf ki, 90-cı illərin sonunda tramvaylar kütləvi şəkildə ictimai nəqliyyatdan qaldırıldı. Bu tramvayları dəyər-dəyməzə dəmir qırıntısı kimi satdılar. İndi fərqindədirlər ki, səhv addım atıblar. Amma nə qədər gec də olsa bu nəqliyyat növləri Azərbaycanda, xüsusən də Bakı şəhərində bərpa edilməlidir. Çünki ictimai nəqliyyat deyəndə yalnız avtobus, taksi, metro fikirləşməməliyik. Deyək ki, vətəndaş Sulutəpəyə getməlidir. Deməli, o, əvvəlcə 20 yanvara gəlməli, orda avtobus tapmasa, 1 manatlıq taksiyə minib getməlidir, başqa variantı yoxdur”. 

Ekspert hazırda insanların şəxsi avtomobilə üstünlük verərək tıxaca səbəb olmalarının səbəblərindən də danışıb:

"Tramvaylar tıxacların qarşısını almaq üçün yenidən tətbiq olunmalıdır. Mən nə üçün maşından istifadə edirəm? Vaxtında işimə çatmaq üçün, övladlarımı sağ-salamat işə çatdırmaq üçün. Çünki ictimai nəqliyyata güvənim yoxdur. Tramvaylar ictimai nəqliyyatda olsa, şəxsən mənim avtomobilə ehtiyacım olmaz. Artıq biləcəm ki, pik saatlarda avtobusda sallana-sallana gəlməyəcəm, yağışda dayanacaqda avtobus gözləməyəcəm. İctimai nəqliyyat vasitələrinin sayı artırılsa, şəhərdə sıxlıq azalacaq, insanlar yalnız şənbə-bazar avtomobildən istifadə edəcəklər. Hələ də xətlərdə köhnə avtobuslar var, hələ də sükan arxasında siqaret çəkib  sərnişinlərlə kobud rəftar edən sürücülər var. Heç kim də öz ailəsini bunlara etibar etmir".

E.Muradlı tramvayın hansı ərazilərdən keçə biləcəyini də deyib:

"Mənim fikrimcə, əgər bu infrastruktur indidən təklif edilsə, hansı küçələrdə, hansı yollarda infrastrukturun yaradılması da müəyyənləşdirilsin. Burda heç bir çətin məsələ yoxdur. İndidən bu məsələyə başlanılsa, təxminən 1-2 ilə artıq işin 70-80 faizi görülmüş olar. Ölkəmizdə bu işləri görən mütəxəssislər də var. Bu asfalt çəkmək qədər ağır işdir. Buna görə də tramvayı düzəldəcək mütəxəssislər xaricə yollanıb dünya təcrübəsindən yararlanmalıdırlar. Tramvay təmin edilən zaman yollara xüsusi fikir vermək lazımdır. Belə ki, mühüm xəttlər, vacib sistemlər işləməyən yollardan və ya tədbirlər üçün ilk nəzərdən tutulan yerlər olmamalıdır. Mən təklif etdim ki, xətti Milli Parkın ərazisindən, yəni Bulvardan Əhmədliyə qədər  çəkmək olar. Bu həm turistlər üçün, həm də vətəndaşlar üçün əlverişli olar".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...