Almaniya qəzeti Fəridə Rüstəmova haqqında yazır

Almaniya qəzeti Fəridə Rüstəmova haqqında yazır

Almaniyanın "Badische Neueste Nachrichten" qəzetində dərc edilən "Müxtəliflik və istedad musiqi günlərində sənətdən həzz almağa səbəb olur" adlı məqalədə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı skripkaçı Fəridə Rüstəmovanın oktyabrın 19-da Veinqarten şəhərində konsert proqramı ilə çıxış edəcəyi haqqında məlumat verilir.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, qəzet oxucuları Fəridə Rüstəmova haqqında məlumatlandırır. Bildirilir ki, 6 yaşından musiqi təhsili almağa başlayan və Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini başa vuran on beş yaşlı skripkaçı təhsilini Almaniyada davam etdirir. Fitri istedada malik olan gənc skripkaçının bu və sonrakı təhsilini müvəffəqiyyətlə başa çatdırdığı və hazırda Karlsruhe şəhərində, professor Rissin sinfində solist kimi təhsilini davam etdirdiyi vurğulanır. Onun təhsil aldığı müddətdə musiqi müsabiqələrinə qatıldığı və çox sayda mükafatlara layiq görüldüyü qeyd olunur. Həmçinin Baden Mədəniyyət Fondu və Yehudi Menuhin Fondunun stipendiyalarına layiq görüldüyü diqqətə çatdırılır.


OXŞAR XƏBƏRLƏR

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...