Seda Sayan sərxoş halda polisə yaxalandı, sürücülük hüququndan məhrum edildi - VİDEO

13:17 / 14.10.2019
1399
Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan içkili şəkildə avtomobil idarə etdiyi üçün cəzalanıb.
56 yaşlı müğənni restoranların birində dostları ilə birlikdə yeyib-içdikdən sonra sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Müğənni altı aylıq sürücülük hüququndan məhrum edilib.
"İldə 2-3 dəfə avtomobil idarə edirəm. Onda da içkili şəkildə polis tərəfindən saxlanıldım”, - deyə müğənni qeyd edib.