Bakının bu ərazilərində qaz olmayacaq

Cəmiyyət
11:12 / 14.10.2019
908
Bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq.
Bu barədə Sfera.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bu zaman "Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.