Azər Axşamın həyat yoldaşı Mübariz İbrahimovu təhqir edib?- AÇIQLAMA

Azər Axşamın həyat yoldaşı Mübariz İbrahimovu təhqir edib?- AÇIQLAMA
Aparıcı Azər Axşamın həyat yoldaşının Milli  qəhraman Mübariz İbrahimovu təhqir etdiyi iddia olunur.

Səbinə Şabanova adlı "Facebook" istifadəçisi öz paylaşımında həyat yoldaşı Azər Axşamın ölkədə yeganə kişi olduğunu bildirib. Sonra o yazdığı statusun rəy bölməsində Mübariz İbrahimovla bağlı xoşagəlməz sözlər qeyd edib. Buna cavab olaraq izləyicilərdən biri onun mesaj bölməsinə yazaraq irad bildirib. Adıçəkilən xanım isə daha irəli gedərək Milli Qəhramanı təhqir etməkdən belə çəkinməyib.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı aparıcı Azər Axşam Unikal.org-a açıqlama verərək bildirib ki, həmin profil onun həyat yoldaşına aid deyil:

"Yalandan mənim arvadımın adından səhifə açaraq bu cür təhqiredici və xoşagəlməyən paylaşımlar edirlər. Həmin səhifə mənim həyat yoldaşımın deyil.Yalandan onun fotosunu yerləşdiriblər. Bundan öncə də 83 yaşlı anamın adına yalandan səhifə açmışdılar. Anamın adından Nadir Qafarzadəni, falçı Bayram Nurlunu söyürdülər. Bunu hanısa anası göyçək, hansısa mundar açıb. İnsanlar necə ola bilər ki, buna inanır?Nə qədər insan insan düşüncəsiz ola bilər ki, belə sözlər yazsın? Hüquq-mühafizə orqanlarına müraciət etdim. Bir müsbət cavab olmadı. Mənə dedilər ki, yalançı profildi açıb, bir müddət sonra bağlayırlar. Biz həmin adamın izinə düşə bilmirik. Bu çirkin əməli də həmin adam internet klublarda edirlər.”
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...