“Hercai”nin ulduzu Bakıya gəlir

Maqazin
21:43 / 11.10.2019
2955
Son zamanlar "Hercai" serialı ilə məşhurluğunu artıran türkiyəli aktrisa Ebru Şahin Bakıya gəlir.
Sfera.az axşam.az-a istinadən bildirir ki, o, "Altın Kelebek" mükafatlarının siması kimi paytaxtımıza təşrif buyuracaq.
Aktrisanın Bakıya gəliş tarixi isə 16 noyabrdır. Azərbaycanı mükafatlandırma gecəsində təmsil edəcək məşhurlar da həmin tarixdə açıqlanacaq.
Qeyd edək ki, "Altın Kelebek"i indiyədək iki məşhur sima: Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan qazanıb.