“Onu qalib görmək istəyirəm” - Maşından əlini çəkən Kəmalə niyə göndərilmədi?

Sosial şəbəkələrdə aparıcı Kəmalə Piriyevanın "Maşın” şouda əlini çəkməsi ilə bağlı görüntülər səs-küyə səbəb olub.
Bəs qaydanı pozan iştirakçı nə üçün şouda uzaqlaşdırılmayıb? "M Group Production"dan bu məsələyə münasibət bildirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli "Yeni Sabah”a açıqlamasında həmin görüntünün araşdırıldığını və Kəmalə Piriyevanın qayda pozuntusu etmədiyi deyib:
"Digər əli maşının üzərindədir. Onun ikinci əli maşının üzərindədir, sadəcə kadrda yoxdur, görünmür. Kəmalə Piriyeva dönəndə əlini dəyişir. Həmin an kameraya düşməyib. o hissədə elə görsənir, amma elə deyil”.
Bəs görəsən, həmin hadisə baş verərkən orada olan digər iştirakçılar bu barədə nə görüb, nə düşünür? Ötən gün anidən əlini maşından çəkərək şounu tərk edən Xalq artisti Fatma Mahmudova ilə əlaqə saxladıq. O da K. Piriyevanın əlini avtomobildən çəkmədiyini, şou zamanı belə hallarla rastlaşmadığını bildirib:
"Yox, əlini çəkməyib, yalan söhbətdir. Orada maşına ən layiqli namizəd elə Kəmalə Piriyevadır. Bunu mən deyirəm, vəssalam. İstəyirəm ki, o qalib gəlsin. Mən onu qalib görmək istəyirəm. istəyirəm ki, o qalib gəlsin, gedib onu təbrik edəm”.
Fatma Mahmudova oyunda iştirakından peşman olmadğını da deyib:
"Mənim şounu tərk etməyimin heç bir xüsusi səbəbi yoxdur. Elə özüm gəldim. Şoudan ən xoş təəssüratlarla ayrılmışam. Şouya qatıldığım üçün qətiyyən peşman deyiləm. Şouya nə olub ki? Camaat yalvarır ki, "Maşın” şouda iştirakçı olsun. Şou baxımlıdır, elə-belə yer deyil axı”. (yeni sabah)