AzTV-də kadr islahatları davam edir

AzTV-də kadr islahatları davam edir
 

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov tərəfindən kadr islahatları davam etdirilir.

Sfera.az bildirir ki, QSC-nin Baş prodüseri Hikmət Yaqubov tutduğu vəzifədən azad olunaraq "Mədəniyyət” kanalının direktor müavini təyin olunub.

Kanalın Bədii rəhbərinin müavini Nazilə Babayeva isə QSC-nin Baş prodüseri vəzifəsinə təyinat alıb.

 

Əməkdar incəsənət xadimi Ülviyyə Kərimova QSC-yə Baş rejissor təyin edilib. QSC sədri tanınmış jurnalist Rövşən Binnətliyə isə "İdman” kanalının direktor müavini postunu həvalə edib.

Xatırladaq ki, Rövşən Məmmədova qurumun rəhbərliyi tapşırıldıqdan sonra AzTV-də köklü islahatlara start verilib. Kanalın simasında xeyli dəyişikliklər edilib, ciddi kadr islahatları aparılıb, yeni layihələrə start verilib. (APA)


OXŞAR XƏBƏRLƏR