"Ayana yazırlar ki, bunun abırı-həyası hanı?" - VİDEO - FOTO

 ARB TV-nin "Səhər-səhər" verilişində müğənni Ayan Babakişiyevanın tənqid olunması müzakirə olunub.

Sfera.az milli.az-a istinadla bildirir ki, verilişin aparıcısı Rövşanə Ağasəfqızı qeyd edib ki, müğənninin qardaşı xəstəxanada olmasına baxmayaraq toyların birində müğənni Kərimlə qol qaldırıb oynaması izləyiciləri tərəfindən sərt tənqid və hətta təhqir olunub:

"Ayan toyların birində rəqs edib. Həmin ərəfədə də qardaşı xəstəxanada olub. Bu qız haqqında olmazın sözlər yazırlar. Yazırlar ki, bu qızın qardaşı xəstəxanada ola-ola niyə rəqs edir, bunun abırı hanı, həyası hanı?! İnsanı bu qədər küsdürmək olmaz cəmiyyətdən".

Həmin görüntüləri oxucularımıza təqdim edirik:



OXŞAR XƏBƏRLƏR