“Biləndə ki, üç uşağım var qaçırlar...” - Fotolar

“Biləndə ki, üç uşağım var qaçırlar...” - Fotolar

"Həyatımda qığılcımlar olur. Hiss edirəm ki, sevgi başlanır. Sonda görürəm ki, alınmadı. Xasiyyətim pisdir. Çox qayğı istəyirəm, qısqancam. Niyə mənə zəng etmədi deyib, bloka atıram. Münasibəti bitirən tərəf həmişə mən oluram”.

Sfera.az yeni.sabah-a istinadla xəbər verir ki, bu sözləri "Axşam.az"ın suallarını cavablandıran rəqqasə Renka Ağamuradova deyib.

Son günlər paylaşdığı arxiv fotolarından danışan sənətçi gəlinlikdə olan görüntülərinə görə xeyli mesaj aldığını söyləyib:

"Arxiv fotolarımdan sonra İnstaqramıma yüzlərlə mesaj gəlmişdi. Dedilər ki, gəlinlikdə necə məsum düşmüsən”.

Renka bildirib ki, yenidən ailə qurmaq fikri ona uzaqdır:

"Qoca arvadam, ərə getmək fikrim yoxdur. Kimə lazımam ki, mən? 34 yaşım var. Qızlar doludur. Məni üç uşaqla kim alar? Biləndə ki, üç uşağım var qaçırlar. Əcnəbi vətəndaşla da ailə qurmaram, ingiliscə danışa bilmirəm. Onu necə başa salacam? İndi bir ay sonra xəbər çıxacaq ki, ərəbə ərə gedirəm. Deyəcəksiz nə oldu, ay gopçu?”.

Bir müddətdir qrupla fəaliyyət göstərən rəqqasə sənətində etdiyi yeniliklərdən söz açıb:

"Qrupum üçün yeni qanadlar gətirmişəm. Qiyməti 4 min manatdır, çünki əl işidir. Sadəcə böyük qutularda idi deyə, gömrükdən buraxmırdılar. Sonradan icazə verdilər”.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...