Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.

 

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə, 45 yaşlı Məmmədov Tural Səməd oğlu 2021-ci ildə tanışlarından birinə nüfuzlu vəzifə, aviasiya şirkətində rəhbər post vəd edərək onun 85 min manat pulunu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib.


T.Məmmədov son 4 il ərzində zərərçəkmişə müxtəlif bəhanələrlə işi guya artıq həll etdiyini, əmr gecikməsinin yoxlamalarla əlaqəli olduğunu bildirərək yalan vədlərini dəyişib və başqa vəzifələr təklif edib.


Aldadıldığını anlayan vətəndaş Xəzər Rayon Polis İdarəsinə müraciət edərək T.Məmmədovun əməllərindən şikayətçi olub.


Barəsində həbs qətimkan tədbiri seçilən Tural Məmmədovun digər dələduzluq əməllərinin də olub-olmaması istintaqla araşdırılır. Hazırda istintaq hərəkətləri davam etdirilir.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...