Lüt qızların videosunu yayan Valeh efirdə Mələkxanım Əyyubova ilə barışdı

Lüt qızların videosunu yayan Valeh efirdə Mələkxanım Əyyubova ilə barışdı
 
Müğənni Ramal İsrafilovun üç qızın lüt videosunu yaymaqda təqsirli bilinən qardaşı Valeh İsrafilov uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.

Sfera.az  Axşam.az-a istinadən xəbər verir ki, o, qardaşları və atası ilə birlikdə "Zaurla Günaydın" proqramına qonaq olub. Veriliş zamanı qardaşı uşaqları ilə küsülü olan Xalq artisti Mələkxanım Əyyubova da zəng edib. Xanəndə və ifaçılar canlı yayımda barışıblar.

Əyyubova qardaşı uşaqlarının bir səhv etdiyini söyləyib:

"Bizim nəslimiz gözəl olub hər zaman. Uşaqlar gəncdir, mən də onlara nəzarəti əsirgəməmişəm. Onlar el içindədir, hər şeyə məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur. Allah şeytana lənət eləsin, pis insanların şərindən qorusun. Çox səbirsiz oldum, heç nəyi aydınlaşdırmadım. Səs-küyə getdim, heç nəyi dəqiqləşdirmədim. Onlar mənim balalarımdır. Qınaq etməyə nə var ki... Hər kəs dönüb özünə də baxsın.

Bu gün Zaur hər şeyə son qoydu. Onlar bir daha belə səhvlər etməyəcəklər. Məsuliyyətli olmaq lazımdır. Onlar mənim qardaşımın balalarıdır. Amma müğənnidirlər, xalqın adından çıxıb oxuyurlar. Ona görə də diqqətli olmalıdırlar".   

Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Üç qızın lüt rəqs edərkən çəkilən videosunu yayanlar arasında Valeh İsrafilov da yer alıb.  


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...