Bakı metrosunda HƏYƏCAN
10:28 / 15.02.2016
2698
Hazırda metronun "20 Yanvar" satnasiyasında sərnişinlər metropoliten işçiləri tərəfindən boşaldılıb.
Sfera.az bildirir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəriNəsimi Paşayev modern.az saytına faktı təsdiq edib. O bildirib ki, buna səbəb həmin istiqamətdə hərəkət edən qatarda baş verən nasazlıq olub:
""Dərnəgül"-"Həzi Aslanov" istiqamətində 28 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq olub. Bu səbəbdən də sərnişinlər "20 Yanvar" stansiyasında boşaldılıb, qatar depoya göndərilib. Qatarlardan biri çıxdığına görə interval artıb. Hazırda interval bərpa olunub. Heç bir problem yoxdur".