Üzeyir Musiqi Günü metroda qeyd edilib - FOTOSESSİYA

Üzeyir Musiqi Günü metroda qeyd edilib - FOTOSESSİYA
 

Bakı Metropolitenində 18 sentyabr – Üzeyir Musiqi Günü qeyd edilib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı metropolitenində Üzeyir Musiqi Gününün xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Bu gün də səhər saat 11-dən başlayaraq günorta saatlarına qədər metronun "İçərişəhər”, "Sahil”, "28 May” və "Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.

Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib.

 

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr tarixi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və 1995-ci ildə imzaladığı Fərmanla Azərbaycanda hər il Üzeyir Musiqi Günü kimi təntənə ilə qeyd olunur.

Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...