Niyə yollarda ölürük? – Ekspert yol qəzalarının artım səbəblərini açıqladı

Niyə yollarda ölürük? – Ekspert yol qəzalarının artım səbəblərini açıqladı


"Yol-nəqliyyat hadisələrinin artmasının bir sıra səbəbləri var. Bu sırada yolların nasazlığını, işıqforların düzgün çalışmamasını, yerüstü və yeraltı keçidlərin yetərincə olmamasını və bir çox başqa səbəbləri göstərə bilərik. Digər tərəfdən yol qəzaları qaçılması mümkün olmayan olaydır, baş verirsə olacağa çarə yoxdur. Ancaq bunu da deyib oturmaq düzgün deyil, qabaqlayıcı tədbirlər görülməli, bədbəxt hadisələrin qarşısı mümkün qədər lınmalıdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri ölkədə baş verən yol qəzalarının artmasına münasibət bildirən nəqliyyat eksperti Elşad Hüseynov söyləyib. Yol qəzalarının qarşısının alınması üçün tədbirlərin lazımı səviyyədə görülmədiyini açıqlayan ekspert Elşad Hüseynov qabaqlayıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməli olduğunu, kompleks işlərin görülmədiyi halda yerdə qalan tədbirlərin kosmetik düzəlişlərdən başqa bir şey olmadığını vurğulayıb:


"Bu hadisələrin gözlənildiyi yerlərdə ekspert rəyi öyrənilməli, elmi-tədqiqat işləri aparılmalı, proqnozlaşdırma getməlidir. Nəqliyyat Departamenti və Dövlət Yol Polisində təhlil şöbələri var ki, onlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mütəxəsislərə qrant ayıraraq bu sahəni köklü şəkildə araşdırmaq gərəkdir. Əgər bir yolda, bir ərazidə hər gün yol qəzaları olursa,bu artıq "qırmızı alarm”ın yanması deməkdir ki, dövlət buna göz yummaq əvəzinə, çevik və anında reaksiya verməliidr. Ancaq qabaqlayıcı tədbir kimi ölkəmizdə sadaladıqlarımın heç biri görülmür. Çünki məsələ əlaqədar qurumların maraq dairəsində deyil. Azərbaycanda bu gün nəqliyyatın təhlili instititutu yoxdur. Yol nəqliyyat hadisələrinin özünün sistemi olmalıdır, onlar göstərici və parametrlərə görə, təsnifata bölünməlidir. Yola sarı xətt çəkib sayğac qoyub oradan pul yığmağa başladılar. Bununla təbii ki, nəqliyyatda olan problemləri aradan qaldrmaq olmaz. Bütün bu kimi yarıtmaz işlər yol-nəqliyyat hadisələrinin artımına gətirib çıxarır”.

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...