Ərə getməyə hazırlaşan Samirə Yusifqızı həyat yoldaşının məzarı üstündə - VİDEO

Ərə getməyə hazırlaşan Samirə Yusifqızı həyat yoldaşının məzarı üstündə - VİDEO
Müğənni-meyxanaçı Samirə Yusifqızı həyat yoldaşının məzarını ziyarət edib.

Sfera.az xəbər verir ki, ikinci dəfə ailə qurmaq barədə düşünən ifaçı uşaqlarının atasının yoxluğunun yaşatdığı çətinlikləri dillə 

"Çox çətindir. 6 yaş qızımda, 9 yaş oğlumda idi. Onlara atasızlıq hiss etdirməmişəm. Hər ikisinin atası-anası olmuşam. Həmişə deyirəm, arxayın yat, Fazil, balalarını ürəyin istəyən kimi böyütmüşəm. Hətta ondan da artıq.

Düz 22 ildir yoxdur, amma hər dəfə gələndə sakit dayana bilmirəm. Çünki onsuzluğu çox çəkmişəm. Əsl ata oldu. Ehtiyac nədir, bilməmişəm.   

Maddi çətinliyim olmadı,özüm kişi kimi işləyib qazanmışam, amma qızımı gəlin köçəndə qapıdan çıxardanda dedilər ki, ata xeyir-duası verilsin (Göz yaşlarına hakim ola bilmir). Düzdür, ana övladı dünyaya gətirir, çox əziyyətlə böyüdür, amma atasız uşaq boynu bükükdür".

S.Yusifqızı onu qınayanlardan da danışıb:

"Yeni ailə quracağım şəxs onun yerini heç vaxt verə bilməz. İnsanın birinci bəxtini heç nə əvəz edə bilməz. Özü də dəfələrlə yuxuma gəlib deyib ki, tək qalma. Ana mənim üçün daimi deyil. Uşaqlar da özləri üçün sağ olsun. İnsana həyan lazımdır. Çox qınayırlar, deyirlər ki, bu yaşında ərə getmək istəyir. Amma düz etmirlər. Mənim həyatımı yaşamadan heç kim məni anlaya bilməz".
 
BAKU.WS
 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...