Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçirilir - FOTOLAR

Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçirilir - FOTOLAR
Sentyabr ayının 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60 illik və Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar "Ulduzlar və planetlər fizikası” adlı beynəlxalq konfrans işə başlayıb. Konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan olan nüfuzlu alimlər iştirak edir.

Konfransın məqsədi rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq konfransın mövzusu haqda iştirakçılara məlumat verib.

Sonra Akademiyanın vitse prezidenti, akademik Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi ilə bağlı konfrans iştirakçılarına müraciətinin səsləndirib.

Müraciətdə qeyd edilib ki, yarım əsrdən çox tarixi olan Şamaxı Astrofizika Rəsədxanası hazırda inkişafının ən yüksək pilləsindədir. Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində rəsədxanada aparılan yenidənqurma işlərindən sonra burada olan infrastrukturun tam yenilənməsi, cihazların modernləşdirilməsi də bu gün astronomlarımızın qeyd edilən inkişafa nail olmada böyük paya malikdir. Şamaxı Astrofizika Rəsədxanasının qatıldığı beynəlxalq layihələr, qazandığı qrantlar astronomlarımızın fəaliyyətinin əyani göstəricisidir. Təbrikin sonunda Şamaxı Astrofizikarəsədxanasının gələcək fəaliyyətinin bütün mərhələlərində Azərbaycan Milli Elmlər Akademiyasının daim rəsədxanaya dəstək olacağı qeyd olunub.

AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov öz növbəsində tədbir iştirakçılarını salamlayıb və rəsədxana üçün əlamətdar olan yubiley ərəfəsində belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası fəaliyyəti dövründə bir çox uğurlara imza atıb. Bunlara misal olaraq rəsədxana əməkdaşlarının son illərdə qazandıqları Avropa Birliyinin FP7 və HORİZON 2020, qrantlarını göstərib.

Növbəti çıxışda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov Şamaxı Astrofizika Rəsədxanasının kollektivini yubiley münasibətilə təbrik edib. O qeyd edib ki, bu cür beynəlxalq konfransların Şamaxıda keçirilməsi buranın elmi və turistik imkanlarının dünyaya göstərilməsi üçün böyük əhəmiyyət daşıyır.

Ardınca Rusiya Elmlər Akademiyasının akademiki, Kazan Universitetinin professoru Nail Saxibulin, Şamaxı Rəsədxanasında daha öncəki səfərindən bu günədək ciddi dəyişikliklərinolduğunu vurğulayıb və bu konfransın beynəlxalq elmi əlaqələri genişləndirəcəyini diqqətə çatdırıb.

Daha sonra Namiq Cəlilov ŞAR-ın tarixi, onun 60 ildə keçdiyi uğurlu inkişaf yolu, əldə olunan elmi nailiyyətlər və gələcək planlar barədə məruzə ilə çıxış edib.

Qeyd edək ki, elmi tədbir sentyabrın 20-dək davam edəcək. Bu müddət ərzində konfransda Kainat və onun struktur elementlərinin (qalaktikalar, ulduzlar, planetlər) fizikası sahəsində əldə olunmuş son elmi nailiyətlərin müzakirəsi nəzərdə tutulur. Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə, konfransda onların çıxışlarına da geniş yer ayrılıb.
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...