“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir

Cəmiyyət
15:54 / 17.09.2019
684
"Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik təklif edilir.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, dəyişiklik layihəsində qeyd edilir ki, KİV redaksiyası (məsul redaktor) və jurnalistlər (müəlliflər) "Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun tələblərini pozduqda qanunvericiliyə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
Qanun layihəsi bu gün Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.