Azərbaycana gələn əcnəbilərin sayı bu il 8%-dən çox artıb

Azərbaycana gələn əcnəbilərin sayı bu il 8%-dən çox artıb
 

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Sfera.az-ın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gələnlərin 30,6%-i Rusiya, 22,1%-i Gürcüstan, 9,5%-i Türkiyə, 7,7%-i İran, 4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,7%-i İraq, hər birindən 1,5% olmaqla Türkmənistan və Qazaxıstan, 1,4%-i İsrail, 1,3%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9%-ni kişilər, 34,1%-ni isə qadınlar təşkil edib.

Hesabat dövründə Azərbaycana gələnlərin sayında daha çox artım Türkmənistan (80,4%), Misir (76,7%), Çin (68,5%), Hindistan (68%), Filippin (44,3%), Macarıstan (40,7%), Səudiyyə Ərəbistanı (38,6%), Polşa (32%), İspaniya (29,4%), Böyük Britaniya (27,9%), Cənubi Koreya (25,8%), Yaponiya (24,7%), Gürcüstan (22,8%) və Almaniya (22,5%) vətəndaşları arasında qeydə alınıb.

 

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 25,3% artaraq 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5% artaraq 788,8 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9%-i dəmir yolu və avtomobil, 41,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.   


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...