Kulis.az şeir müsabiqəsi elan edib

Ölkənin ən böyük mədəniyyət portallarından olan Kulis.az sentyabrın 16-dan oktyabrın 10-dək "Bir şeir” adlı müsabiqə elan edib.
Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, şərtlərə əsasən, 35 yaşa qədər olan hər müəllif bir şeir olmaqla, özü haqqında qısa məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir fotoşəkili kulis@Lent.az ünvanına göndərməlidir.
Ekspertlər qrupu şeirlərin uzun siyahısını çıxarıb, münsiflər heyətinə təqdim edəcək. Münsiflər heyəti 10 ballıq sistemlə üç ən yaxşı şeiri seçəcək.
Şeirlər vörd faylında səliqəli şəkildə göndərilməlidir.
Qaydalara uyğun gələn şeirlər Kulis.az saytında və saytın "Facebook" səhifəsində yayımlanacaq.
Mükafat fondu aşağıdakı kimidir:
Birinci yer: 500 manat
İkinci yer: 300 manat
Üçüncü yer: 200 manat
Qaliblərə saytın loqosu və mükafatın adı həkk olunmuş xüsusi suvenir də hədiyyə olunacaq.
Mükafatlandırma mərasimi 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ərəfəsində keçiriləcək.