Azərbaycanda qəbiristanlıqlarla bağlı gözlənilməz QƏRAR

Azərbaycanda qəbiristanlıqlarla bağlı gözlənilməz QƏRAR
 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasında qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında qərarı təsdiqləyib.

Sfera.az bildirir ki, qərarı Muxtar Respublikanın Baş Naziri Əlövsət Baxşıyev imzalayıb.

 
Qərara əsasən, qəbiristanlıqlar 3 ay müddətində müvafiq bələdiyyələrə təhvil veriləcək.Eyni zamanda, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələblər müəyyənləşib. Yeni qəbiristanlıqlar isə yalnız qəbiristanlıq köçürüldükdə, bağlı elan edildikdə və ya yeni yaşayış məntəqəsi salındıqda salınacaq. Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən ediləcək.

Qəbiristanlıqların məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında,müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında, karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda, qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında, dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında salınması qadağan olunub. Eyni zamanda, qəbiristanlığın ərazisində su quyularının qazılmasının və meyvə ağaclarının əkilməsinin qadağan edilib. 


Bununla yanaşı qəbiristanlığa girişdə gül köşklərinin, habelə dəfn xidmətlərinin göstərilməsi və qəbirləri ziyarət zamanı tələb olunan digər ləvazimatların satışı üçün köşklərin quraşdırılacaq və qəbiristanlığın fəaliyyəti ilə bağlı bina və qurğular, o cümlədən qəbiristanlığın işçiləri üçün inzibati bina və ya xidməti otaq, sanitar qovşaqlarının, meyitin dəfnə hazırlanması üçün yuyulma yeri tikiləcək.

Qərarda qeyd olunub ki, qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunacaq. Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, Naxçıvan Muxtar Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılacaq.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...