İcra başçısının “700 bal toplayan tələbələrə maşın alacam” sözləri etirazla qarşılandı: “ÖZÜNÜ REKLAMDIR...”

İcra başçısının “700 bal toplayan tələbələrə maşın alacam” sözləri etirazla qarşılandı: “ÖZÜNÜ REKLAMDIR...”
 

"Məmurların imtahanda yüksək bal toplayan tələbələrə avtomobil hədiyyə edəcəkləri barədə verdikləri vədlərinə populist çıxışlar kimi baxıram və bu özünü reklamdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin 700 bal toplayan abituriyentlərə avtomobil həddiyə edəcəyini vəd etməsinə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib.

 

Partiya sədrinin sözlərinə görə, yüksək bal toplayan abituriyentlərə avtomobil hədiyə etmək təhsili gətirib hansısa bir idman yarışı səviyyəsinə endirməyə bənzəyir:

 

"İmtahanda yüksək bal toplamaq heç də ağılın, intelektin göstəricisi deyil. Bu baxımdan tələbəyə avtomobil hədiyyə edilməsi təhsil sahəsində korrupsiyaya daha geniş yol açacaq. Digər tərəfdən, yaxşı olardı ki, icra hakimləri yüksək bal toplayan tələbələri deyil, onların təshil almasında rolu olan məktəbləri, müəllimləri mükafatlandırsınlar. Yəni, uşağın 700 bal toplaması onun şəxsi işi deyil ki, avtomobil də ona hədiyyə edilsin. Azərbaycanda kifayət qədər uşaq var ki, orta səviyyədə bal toplayıb, ancaq pulları olmadığından təhsil ala bilmirlər. Ancaq 100-150 bal toplayanlar və pulu olanlar təhsil alırlar. Bu da sosial ədalətsizlikdir”.

 

S. Cəlaloğlu qeyd etdi ki, icra hakimiyyəti başçılarının öz iradələrinə əsasən dövlət əmlakını tələbələrə avtomobil hədiyyə etmək kimi işlərə yönəltmək ixtiyarı yoxdur: "Heç bir icra başçısı heç bir tələbəyə maşın vəd etməz. Bu nə deməkdir? Onda gərək onlar Elmlər Akademiyasının elmi işçiləri, universitet müəllimlərinə qatar, təyyarə bağışlamalıdırlar. 700 bal toplayan uşaqların şəhərdə qalması, kitablarla təminatı xərclərinin ödənilməzi rayonun öz büdcəsi hesabına həyata keçirilsə, bunu başa düşmək olar”.

 

Həmsöhbətimizin fikrincə, hədiyyə edilən avtomobil 700 bal toplayan tələbənin təhsil almasında heç bir rol oynamayacaq: "Əksinə, həmin maşın uşağın təhsil almasına maneə olacaq, hətta həyatını da itirə bilər. Ona görə də icra hakimlərinin imtahanlarda yüksək bal toplayan tələbələrə maşın hədiyyə edəcəklərilə bağlı verdikləri vədlərə populist çıxışlar kimi yanaşıram, bu özünü reklamdır. Hədiyyə ediləcək bu avtomobilin yüksək bal toplayan tələbəyə, onun ailəsinə heç bir xeyri yoxdur. Əksinə, o uşaqları və təhsilimizi məhv etməyə yönələn bir siyasətdir”.

  

Elçin


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...