Qatarlar 20 dəqiqə gecikdi - Bakı metrosunda nə baş verir?

Qatarlar 20 dəqiqə gecikdi - Bakı metrosunda nə baş verir?
 

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə müşahidə olunub. Hətta bəzi qatarlar arasında interval 15-20 dəqiqəyə çatıb. 

Sfera.az bildirir ki, məsələ ilə bağlı "Yeni Sabah”a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov qeyd edib ki, səbəb avtomatlaşdırılmış sistemin donması ilə əlaqədardır.

"Səbəb odur ki, artıq qatarlar avtomatlaşdırılmış sistemlə işləyir. Buna görə də qapılar da avtomatlaşdırılıb. Qapılara hər hansı bir müdaxilə olanda onlar avtomatik olaraq açılıb-bağlanır. Bu bir neçə dəfə baş verəndə avtomatlaşdırılmış sistemdə donma baş verir. Belə olduğu halda proqram təminatı yenidən yüklənməlidir. Bu proses də təxminən, 2-3 dəqiqə vaxt aparır və təbii ki, intervalın pozulmasına gətirib çıxarır. Ona görə də bu gün səhər saatlarında bütün intervallarda pozulma baş verib. Bu problem yaxın vaxt ərzində qaldırılacaq. Sadəcə 2 gündür ki, metrolarda böyük sıxlıq var. Biz sərnişinləri də başa düşürük. Onlar qatara girməyə çalışırlar, amma onların qapılara göstərdiyi təzyiq avtomatlaşdırılmış sistemdə əksini tapır".


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...