“Leş Tofiq” tutuldu, restoranlarda qiymət qalxdı - Sensasion açıqlama

“Leş Tofiq” tutuldu, restoranlarda qiymət qalxdı - Sensasion açıqlama
"Bəzi restoranlarda ət yeməklərində qiymət artımının baş verməsi ilə bir neçə gün əvvəl "leş mafiyası”nın zərərsizləşdirilməsi  ararsında əlaqə ola bilər”. 
 
Bu sensasion açıqlamanı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, restoranlar, şadlıq sarayları "leş mafiyası”nın əsas müştərilərdəndir. 
 
"Bəzən deyirlər ki, "leş mafiyası” kolbasa sexləri ilə işləyir. Xeyr. Təkcə kolbasa sexləri deyil.  Onlar restoranlar, şadlıq sarayları, kafelərlər də işləyir. Hətta deyərdim ki, onların mallarını daha çox restoran və kafelər alır”,- deyə Eyyub Hüseynov bildirib.
 
AİB sədri qeyd edib ki, uzun illərdir müvafiq qurumları, eyni zamanda ictimaiyyəti "leş mafiyası”na qarşı mübarizəyə çağırıb: 
 
"Bu məsələdə yalnız Daxili İşlər Nazriliyinin fəaliyyətini yüksək qiymətləndirə bilərəm. Bir neçə il əvvəl də məhz bu nazirlik mənim "leş mafiyası” ilə mübarizəmə dəstək verdi. Həmin vaxt leş ətlərin Bakıda saxlanıldığı yeri müəyyən etmiş və dərhal bunu ictimailəşdirmişdim. O zaman hətta DİN təhlükəsizliyimi qorumağı da təklif etdi.  Həmin vaxt ciddi istimai dəstək olmadığına və digər qurumlar baş verənlərə həvəssiz yanaşdığına görə bu mafiyanı tam olaraq zərərsizləşdirmək olmadı. 
 
Bir neçə gün əvvəl bu yenə də DİN-nin əməkdaşları bu mafiyanın xeyli üzvünü həbs etdi. Buna görə nazir Vilayət Eyvazoba təşəkkür edirəm. Bu çox ciddi bəladır. Buna qarşı hamı mübarizə aparmalıdır”
 
Eyyub Hüseynov deyir ki, bəzi hallarda leş ətlər uşaq bağçalarına da yol tapır.
 
"Bu adamlar üçün müqəddəs heç nə yoxdur.  Ona görə də ciddi tədbir görülməli və bu məsləyə birdəfəlik son qoyulmalıdır. Mən din xadimlərini də bu məsələyə biganə qalmamağa çağırıram.
 
Leş mafiyası ilə əlaqədə olan restoranlar, şadlıq sarayları və kafelərin adları ictimaiyyətə açıqlanmalıdır. Onlar cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı, ictimai qınağa da tuş gəlməlidir”,- deyə AİB sədri vurğulayıb.
 
Xatırladaq ki, bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməliyyat keçirərək  qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan dəstəni həbs edib. Dəstəyə rəhbərliyi "Leş Tofiq” ləqəbli Alıxan Rzaxanov və Əlifxan Rzaxanov həyata keçirib.
 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...