Əli Əhmədov: "Məktəbə qayğı təkcə dövlətin işi olmamalıdır"

Əli Əhmədov:
 

Azərbaycanın Baş Nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov 2019-2020-ci tədris ilinin başlanması münasibətilə şagird və valideynləri təbrik edib.

Sfera.az xəbər verir ki, Ə.Əhmədovun "Facebook" sosial şəbəkəsində paylaşdığı təbrikində deyilir: "Sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, Bilik Günüdür. İlk dəfə məktəbə gedənlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm. Təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir. Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar. Məktəbə qayğı tək dövlətin deyil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır. İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin uşaq və gənclərimizdə kitaba məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək".


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...