Zakir Həsənov MİQ-29 qəzasından danışdı: "Rəşad son anda..." - VİDEO

Zakir Həsənov MİQ-29 qəzasından danışdı:
Müdafiə Naziri Zakir Həsənov Real TV-də "Mir Şahinin vaxtı” verilişinin qonağı olub.

Sfera.az xəbər verir ki, nazir iyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevlə bağlı məsələyə də toxunub.

O, qəzanın təfərrüatları barədə danışıb:

"Bütün tədbirlər qanun çərçivəsində icra olunmuşdu. Pilotumuz Rəşad Atakişiyev yüksək səviyyəli və hazırlıqlı idi. Gecə təlimləri keçirilirdi. Orada da, yüksək peşəkarlıq nümayiş etdirmişdi.

Komissiya yaradıldı. Orada yüksək səviyyəli yerli və xarici mütəxəssislər cəlb edilmişdi. Onların iştirakı ilə "qara qutu” araşdırıldı.

"Qara qutu”da təyyarənin avadanlıqlarının işləməsi düzgün yazılır. Bu təyyarə tam işlək idi və son məqama kimi bütün mühərrik və avadanlıqlar işləyirdi. Əgər toqquşma olsaydı, onun mühərriki və digər avadanlığına təsir göstərərdi.

Bundan başqa, Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların nəticələri üst-üstə düşdü. Pilotun son məqamda zəif də olsa təyyarəni idarə etməyə çalışması onun göstəricisi idi ki, göydə təyyarə zərbə alıb.

Xarici mütəxəssislər də, gecə göydə quşların uçub-uçmaması ilə bağlı sualımızı təsdiq etdilər. Həkimlər də, öz rəyini bildirdilər ki, insan hansı vəziyyətdə belə hərəkət edə bilər.

Bu böyük sənəddir və burada bütün məsələlərə cavab verilir. Bəzən deyirlər ki, "qara qutu”da pilotun səsini dinləmək lazımdır.

Bu yoldaş bilmir ki, "qara qutu”da pilotun səsi yazılmır. Tam olaraq bizim komissiyanın üzvlərinə inanıram”.
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...