Xələf Xələfov: "Paşinyan məsuliyyətsiz açıqlamaları ilə regionu təhlükəli məcraya sürükləyir"

Xələf Xələfov:
"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbul zamanı bildirib.

"Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti vardır”, - deyən nazir müavini Azərbaycan xalqı və dövlətinin öz torpaqlarının işğalına heç vaxt yol verməyəcəyini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində, habelə işğal altındakı ərazidə qondarma "yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edən nazir müavini daha sonra qeyd edib: "Güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulamaq istərdim. Odur ki, belə yol seçənlər gec-tez iflasa uğrayacaq”.

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...