“BNA nəyə nəzarət edir ki, buna da nəzarət etsin?” – Avtobuslarda oturacaqlar niyə sökülür...

“BNA nəyə nəzarət edir ki, buna da nəzarət etsin?” – Avtobuslarda oturacaqlar niyə sökülür...
 

"Əgər nəqliyyat vasitəsində istehsalçı zavod tərəfindən oturacaqlar sökülürsə bu normativlərin ciddi şəkildə pozulmasıdır. Burada sahibkar və sürücülərin birbaşa maraqları var”.


Bu sözləri Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elşad Hüseynov bildirib. Sərnişindaşımada avtobusların konstrukisiyalarını kobud şəkildə pozaraq oturacaqların sökülməsi məsələsinə toxunan ekspert problemin bu günə kimi həllini tapmamasını konkret olaraq BNA və digər qurumların səriştəsizliyi ilə əlaqələndirdi.


"Adətən avtobusda iki qoşa və bir tək oturacaqlar sökülür ki, bu da sərnişin daşımanın pik saatlarında insanların rahatlığını pozmaq və ayaqüstündə dayanan sərnişinlər hesabına daha çox qazanc götürmək istəyindən irəli gəlir. Bu kimi neqativ hallara Bakı Nəqliyyat Agentliyi nəzarət etməlidir ki, adıçəkilən qurum da ümumiyyətlə, nəyə nəzarət edir ki, bu məsələni də diqqətdə saxlasın?Bundan əlavə, tutacaq dirəklərinin çıxarılıb hansısa məqsədlər üçün istifadə edilməsi, sürücünün əyləşdiyi kabinanı sanki özəlləşdirməsi, pəncərəyə qalın həcmli lentlər çəkilməsi - bunlar hamısı qayda pozuntusudur. Təssüüf ki, bütün bunlarla bağlı Dövlət Yol Müfəttəşliyi, Yol Polisi maraqlanıb ölçü götürməli olduğu halda heç bir dövlət orqanı bu məsələyə diqqət yetirmir”.


Bu sahədə İnzibati Xətalar Məcəlləsində konkret olaraq heç bir müddəanın olmaması məsələsinə toxunan Elşad Hüseynov bütün bunların sürücü və sahibkarların əl-qolunu daha da açdığını vurğulayıb.


"Əgər İnzibati Xətalar Məcəlləsində konkret olaraq adı çəkilən problemlə bağlı müddəa olarsa düşünürəm ki, o zaman cavabdeh şəxslər daha məsuliyyətli olarlar. Belə olduqda sürücü və sahibkarlar özlərini daha da rahat hesab edirlər və insan həyatını heçə saymaqla sərnişindaşıma ilə məşğul olurlar. Bu gün ən böyük problemimiz qanunlarımızda sözü gedən məsələ ilə bağlı böyük boşluqların olması ilə bağlıdır”.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...